EN

Qəzza humanitar donanmasında saxlanılan iki Cənubi Koreya vətəndaşı azad edildi

Cənubi Koreya Prezidentinin sözçüsü Kanq Yu Cunun sözlərinə görə, İsrail qüvvələri tərəfindən Qəzza humanitar donanmasının göyərtəsində saxlanılan iki Cənubi Koreyalı fəal azad edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Kanq bildirib ki, İsrail tərəfi iki Cənubi Koreya vətəndaşını həbs etmədən dərhal deportasiya edib.

O, İsrailin Qəzzaya humanitar yardım daşıyan gəmiləri ələ keçirməsi zamanı baş verən saxlamalarla bağlı narahatlıq ifadə edib.

Bununla yanaşı, Kanq əlavə edib ki, hökumət İsrailin vətəndaşları dərhal azad etməsini müsbət qiymətləndirir və bu qərarı alqışlayır.

Aminə ŞAHSUVARQIZI

Chosen
20
redaktor.az

1Sources