Stolüstü tennisçilər Özbəkistanda keçirilən növbəti beynəlxalq yarışda da etimadı doğruldublar. Andijan şəhərində məşhur stolüstü tennisçi Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə ən yaxşı nəticəni Mehin Mirzəbalayeva göstərib. 13 yaşadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn istedadlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Gülnur Kərimli (U 11) yarışı ikinci, Səidə Quluzadə (U 13) ilə Yağmur Məmmədli (U 15) üçüncü yerdə başa vurub. Xatırladaq ki, mayın 13-dən 16-dək Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində Onur Quluzadə ikinci, Cəfər Almədədli ilə Mehin Mirzəbalayeva üçüncü yeri tutumuşdu. Beləliklə, gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə yarışlara qatılan komandamız Vətənə 7 mükafatla qayıdır.
Stolüstü tennisçilər beynəlxalq yarışı üç medalla başa vurublar
Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaq
Mehin Mirzəbalayeva beynəlxalq turnirin mükafatçısı olub
Stolüstü tennisçilər Daşkəndə yollanıblar
Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib