EN

"Qarabağ şəhərsalma təcrübəsinin ən mühüm istiqamətidir" -

"Azərbaycanın şəhərsalma təcrübəsinin ən mühüm istiqamətlərindən biri hazırda Qarabağ və ətraf bölgələrdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa prosesidir".Mətbuat.az xəbər verir ki, bu fikirləri "Bakının Baş Planı — 2040: WUF13-də şəhər bərpasının yeni erası" Bakı Baş Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov çıxışı zamanı səsləndirib. “Baş plan proqramı dayanıqlılıq, innovasiya, rəqəmsal idarəetmə və ekoloji məsuliyyət prinsipləri əsasında tamamilə yeni şəhər və kəndlərin qurulmasına imkan yaradır”, – deyə o əlavə edib.Onun sözlərinə görə, azad edilmiş ərazilərdə qurulan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri müasir urbanizmin yalnız fiziki bərpaya deyil, həm də mədəni dirçəlişə, iqtisadi canlanmaya və uzunmüddətli regional dayanıqlılığa necə xidmət etdiyini nümayiş etdirir.“Bu layihələr bir çox baxımdan dayanıqlı inkişafın gələcəyi üçün canlı laboratoriya rolunu oynayır”, – deyə Riad Qasımov bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az

Chosen
30
metbuat.az

1Sources