EN

Ukraynanın Rusiyanın Sızran şəhərinə dron zərbələri nəticəsində iki nəfər ölüb

Ukraynanın Rusiyanın Samara vilayətinin Sızran şəhərinə dron zərbələri nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Rusiya mətbuatının məlumatına görə, bu barədə vilayətinin qubernatoru Vyaçeslav Fedorişev bildirib.

Regional əməliyyat qrupunun məlumatına görə, Belqorod vilayətindəki Şebekino da gecə hücumuna məruz qalıb, üç nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində hava hücumundan müdafiə qüvvələrinin Rostov, Samara və Saratov vilayətləri, Kalmık Respublikası və Xəzər dənizi üzərində 121 Ukrayna dronunun vurulduğu barədə məlumat yayıb.
Chosen
5
2
7news.az

3Sources