EN

Ərdoğan Trampla danışıb

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donalt Trampla telefon söhbətaparıb. Bu barədə Türkiyə Prezidenti Administrasiyasına istinadən “Anadolu” məlumat verib.

Liderlər iki ölkə arasında münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan ABŞ-ın İranla atəşkəsin uzadılması qərarını müsbət qiymətləndirib, mübahisəli məsələlərdə ağlabatan həll yolunun mümkünlüyünə dərindən inandığını və ortaya qoyulan konstruktiv təşəbbüslərə dəstəyini davam etdirəcəyini ifadə edib.

Türkiyə prezidenti Suriyadakı vəziyyəətə də toxunub, bu ölkədə sabitliyin bərqərar olmasının bütün region üçün mühüm bir nailiyyət olduğunu, Ankaranın Dəməşqə dəstəyinin fasiləsiz davam edəcəyini, Livanda vəziyyətin pisləşməsinin qarşısını almağın vacibliyini bildirib.

Türkiyə lideri ABŞ-nin San-Dieqo şəhərində məscidə hücumla bağlı Trampa başsağlığı verib və Ankaranın hansı dini qrupa qarşı törədilməsindən asılı olmayaraq, bu növ nifrət cinayətlərinə qətiyyətlə qarşı olduğunu vurğulayıb.

P.ƏMİRCANOV
XQ

Chosen
5
5
xalqqazeti.az

10Sources