EN

İbrahim Bəhrəddin: “Bakıda istənilən məkanda özünü evindəki kimi hiss edirsən”

İbrahim
“Bu, iştirak etdiyim artıq üçüncü urbanistika forumudur. Hazırkı tədbirin əsas özəlliyi yüksək təşkilatçılıq səviyyəsidir”. Bunu 1news.az-ın müxbirinə Sudandakı Xartum Universitetinin şəhərsalma və ekoloji dizayn kafedrasının dosenti İbrahim Bəhrəddin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) beşinci günü çərçivəsində deyib.
“Məni yerli insanların qonaqpərvərliyi səmimi şəkildə heyran edir. Burada istənilən məkana daxil olduğun ilk andan özünü evindəki kimi hiss edirsən. Mən Bakıya ilk dəfədir gəlirəm və şəhərdəki bina və tikililərin müxtəlifliyi məni həqiqətən heyrətləndirdi. Lakin mənim üçün şəhərin keyfiyyəti ilk növbədə orada yaşayan insanların həyat keyfiyyəti ilə ölçülür, yalnız bundan sonra binalar gəlir. Bakının həm mərkəzində, həm də digər ərazilərindəki şəhər həyatı məndə dərin təəssürat yaratdı.

Mən istənilən şəhər məkanını onun aktivliyinə və insanların həmin məkanla necə qarşılıqlı əlaqə qurmasına görə qiymətləndirirəm - bu, mənim üçün əsas prioritetdir. Burada isə bu, ən yüksək səviyyədə həyata keçirilib. Mən mütləq yenidən bura qayıdacağam”, - deyə İ.Bəhrəddin bildirib.

Chosen
6
1news.az

1Sources