EN

Əli Əl-Əhməd: Səudiyyə Ərəbistanında tikilməmiş mənzil satışına dövlət zəmanəti tətbiq olunur

Səudiyyə Ərəbistanında tikilməmiş mənzil satışına dövlət zəmanəti tətbiq olunur.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Nazirliyinin Təchizat Zənciri üzrə baş direktoru Əli Əl-Əhməd deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanında həyata keçirilən “WAFI” proqramı tikilməmiş mənzillərin satışına dövlət zəmanəti və nəzarət mexanizmi yaradıb.

Əli Əl-Əhməd qeyd edib ki, proqram çərçivəsində vətəndaş mənzili əvvəlcədən alır və təxminən 36 ay sonra təhvil alır.

Onun sözlərinə görə, hökumət layihə üzrə bütün maliyyə axınlarına və tikinti prosesinə nəzarət edir, vətəndaşın ödənişlərinin tikinti şirkətinə təhlükəsiz və şəffaf şəkildə çatdırılmasını təmin edir.

Səudiyyəli rəsmi vurğulayıb ki, proqram özəl sektorun etimadını əhəmiyyətli dərəcədə artırıb: “Bu proqram özəl sektorun dövlətlə birlikdə mənzil maliyyələşməsində iştirakını 200% artırıb”.

Əli Əl-Əhməd əlavə edib ki, proqramın tətbiqindən sonra Səudiyyə Ərəbistanında fəaliyyət göstərən 13 bank tikilməmiş mənzillərin maliyyələşdirilməsi üçün ayrıca bölmələr yaradıb.

Chosen
43
1
apa.az

2Sources