Türkiyədə məşhurlara qarşı başladılan “narkotik əməliyyatı” çərçivəsində 25 şübhəli barəsində saxlanılma qərarı verilib.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Saxlanılanlar arasında müğənnilər - Mabel Matiz, Berkay Şahin, Tan Taşcı, Hakan Aydın, aktrisalar - Serenay Sarıkaya, Feyza Civelek, Yağmur Ünal, aktyor Onur Tuna və digər tanınmış şəxslərin olduğu bildirilir.