
İslam Respublikası hakimiyyətdə qaldığı müddətdə İranla növbəti müharibənin sonuncu olmayacağı ehtimal edilir.
Missiya.Az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri adı açıqlanmayan yüksək vəzifəli rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İsrail ictimaiyyətinin gözləntiləri “sıfırlanmalı” və gələcəkdə hər il və ya müəyyən fasilələrlə yeni qarşıdurmaların baş verə biləcəyi nəzərə alınmalıdır.
O bildirib ki, nüvə və ballistik raket təhdidlərinin İsrailin mövcudluğunu təhlükə altına almaması üçün Tehranla münaqişələrin davam etməsi ehtimalı yüksəkdir.
Daşqın Həsənov
Missiya.Az