EN

Erməniləri meyxanada partladan Bakılı Kamal Rəmzi

Bu gün Sizə Bakı ağsaqqalarından eşitidyim bir şəhər əfsanəsini təqdim edirəm.
XX əsrin əvvələrində Bakıda Kamal Rəmzi barədə əfsanələr yayılmışdı. Ermənilərin yeməkxanasını (o dövrdə meyxanə) partladıb neçəsin öldürməsindən sonra Bakıda onun nüfuzu çox artmışdı.
Mənbələrə görə Kamal hündürboylu bir şəxs idi, qırımızı jileti və boynunda qalın qızıl zəncir gəzdirdiyinə və qoynundan isə qumbaranın dəstəyinə görə “Odlu oğlan” ayaması almış idi.
Onun haqqında Sergey Yeseninin də Bakı xatirələrində xüsusi qeyd var. Onun daimi oturduğu yer Məlik Məmmədin pivəxanası deyilən yer idi. Burada xüsusi olaraq onun üçün ayrıca masa ayrılmışdı və Kamalı görmək istəyənlər gəlirdilər bura.
1900-cu illərdə onu həbs edirlər. 1902-ci ildə o həbsdən bütün şəhərə səs salan qaçış etmişdir. Kamala bağlamanın içində qumbar gətirmişdilər, o, qumbaranın halqasını çəkib, qarovulçunu girov götürərək həbsxananın həyətinə keçmiş, oradan isə küçəyə qaçaraq Quba meydanında gözdən itmişdi.
O dövrdə Bakı həbsxanası Çar Rusiyasının ən ciddi nəzarət olunan həbsxanalarından biri sayılsa da, rüşvətxorluq, keşikçilərin diqqətsizliyi və ya yerli qoçu şəbəkələrinin gücü sayəsində içəri silah, pul və ya qeyd olunduğu kimi partlayıcı keçirmək mümkün olurdu.
Bakıda artıq hamı tanıyırdı ki, Kamal adında bir adam var və qumbara ilə gəzir. O, pivəxanaya daxil olanda hamı hürkərək kənara çəkilirdi.
1902-ci ilin yanvarında Məlik Məmmədin pivəxanasında hansısa vacib bir iş üçün Tiflisdən gəlmiş beş erməni oturmuşdu. Bakıya edilən bu səfər həmin ermənilərdən ikisi üçün ölümcül oldu. Həmin axşam Kamal onların qonşu masasında əyləşmişdi. Ermənilə kefli halda Azərbaycanlıların əleyhinə söz danışanda Kamal bunu eşidir
— Nə dedin? Hə, bir də təkrar elə! — deyə Kamal öz masasından onlara əmr etdi. O, ermənilərin gülümsəmələrində bədnam bir eyham hiss etmişdi.
— Sənin işin deyil! Otur, kababını ye! — deyə ermənilərdən biri cavab qaytardı.
Kamal qəzəb içində yerindən sıçrayır, qumbaranı masanın altına atır və özü küçəyə qaçır. Güclü bir partlayış gurultusu qopur, zərbə dalğasından meyxananın divarları uçub tökülür.
Ermənilərdən ikisi yerindəcə həlak olur, qalan üçü isə pivəxananın döşəməsində qan içində uzanıb qalırdı. Elə həmin gecə polis Kamalı Bakının kənarında, dəniz kənarında yaxalayıb həbs etdi.
Hərbi-səhra məhkəmələri cinayətkarı heç bir apellyasiya hüququ vermədən, 24 saat ərzində birbaşa ölüm hökmü qərarı çıxarır. Kamalın mərkəzi həbsxanadan qumbara ilə qaçması və mərkəzdə partlayış törətməsi hakimiyyət üçün təhdid idi. Yerli məmurlar digər qoçulara göz dağı vermək üçün onu dərhal, məhkəməsiz güllələmişdi.
Zaur Əliyev, tarixçi
Chosen
32
news365.az

1Sources