EN

Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının beşinci günü старт götürüb - FOTO

Bakıda
Bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının beşinci günü başlayıb. 1news.az xəbər verir ki, bu gün forum iştirakçılarının diqqət mərkəzində mənzil siyasəti, urbanizasiya, böhran sonrası şəhərlərin bərpası və onun maliyyələşdirilməsi mexanizmləri dayanır. Eyni zamanda dayanıqlı turizm, vətəndaş cəmiyyətinin rolu və gənclərin şəhər mühitinin inkişafına cəlb olunması məsələləri də müzakirə edilir.

Günün proqramına bir sıra dialoqlar, dəyirmi masalar və xüsusi müzakirələr daxildir. Bunlar arasında aşağıdakı mövzular yer alır:

  • “Böhran sonrası bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi”;

  • “Mənzilin maliyyələşdirilməsi üzrə yeni razılaşma”;

  • “Akademik dairələr”;

  • “Uşaqlar və gənclər”;

  • “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”;

  • “Əlçatan mənzil üzrə Afrika Paktı — investorlar üçün xüsusi sessiya”;

  • “Peşəkar icma”;

  • “Vətəndaş cəmiyyəti”.

  • Günün yekunları final iclasında ümumiləşdiriləcək. Planlaşdırılan görüşlər zamanı ekspertlər mənzilə çıxış imkanlarının genişləndirilməsi yollarını, böhran və münaqişələrdən sonra şəhər infrastrukturunun bərpası metodlarını, həmçinin dayanıqlı maliyyələşdirmə alətlərinin tətbiqini müzakirə edəcəklər. Ayrı-ayrı mövzular sırasında gənclərin qərarqəbuletmə proseslərinə inteqrasiyası və şəhərlərin iqlim dəyişikliyi ilə bağlı çağırışlara uyğunlaşdırılması məsələləri də yer alacaq.

    Qeyd edək ki, mayın 17-də başlayan forum mayın 22-dək davam edəcək.

Chosen
44
4
1news.az

10Sources