EN

ABŞ ona qarşı olan sanksiyaları LƏĞV ETDİ

ABŞ işğal olunmuş Fələstin ərazilərində insan hüquqlarının vəziyyəti üzrə BMT-nin xüsusi məruzəçisi Françeska Albaneseyə qarşı sanksiyaları ləğv edib.

Musavat.com xəbər verir ki, qərar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.

14 may tarixində Vaşinqton şəhərinin rayon məhkəməsi BMT-nin Xüsusi Məruzəçisinə qarşı ABŞ sanksiyalarının dayandırılmasına dair qərar qəbul edib.

Məhkəmə işə baxdıqdan sonra qərara gəlib ki, sanksiyalar Albanesenin ABŞ Konstitusiyasının Birinci Düzəlişinə əsasən söz azadlığı hüququnu pozur.

Qeyd edək ki, Dövlət Departamenti 2025-ci ilin iyul ayında BMT-nin Xüsusi Məruzəçisinə qarşı məhdudiyyətlər tətbiq etmişdi. Məhdudiyyətlər İsrail və ABŞ-ın Albaneseyə qarşı antisemit baxışlar yaymaqda və terror təşkilatlarını dəstəkləməkdə ittihamları fonunda tətbiq edilib.

Musavat.com

 

Chosen
11
5
musavat.com

6Sources