İranın Hörmüz boğazından keçidi tənzimləmək üçün yaratdığı Fars Körfəzi Təhlükəsizlik İdarəsi (PGSA) SEPAH-ın nəzarət etdiyi iddia olunan dəniz zonasının xəritəsini dərc edib.
Musavat.com xəbər verir ki, xəritədə Birləşmiş Ərəb Əmirliklərinin əsas dəniz limanlarının ətrafı nəzarət zonasına daxil edilib.
Agentlik nəzarət zonası kimi İrandakı Kuh-e Mubarak ilə BƏƏ-dəki Fujaira limanının cənub hissəsi arasında xətt və İranın Qeşm adasını BƏƏ-dəki Ümm əl-Küveyn limanını qərb hissəsi ilə birləşdirən xətti göstərib.
Qeyd olunur ki, gəmilərin İranın nəzarətində olan ərazidən keçidinə PGSA-nın rəsmi sənədi ilə icazə verilir.
Musavat.com