AZ

SEPAH yeni sərhədlər çəkdi BƏƏ nin əraziləri İranın nəzarət zonasında

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri regionda vəziyyəti daha da gərginləşdirəcək yeni bir iddia ilə çıxış edib.

Turkustan.az xəbər verir ki, bazar ertəsi günü SEPAH Hörmüz boğazının geniş bir hissəsinin İran silahlı qüvvələri tərəfindən idarə olunduğunu və nəzarətə götürüldüyünü əks etdirən yeni xəritə təqdim edib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin bəyanatına görə, İranın tam nəzarəti altında olan bu ərazi ölkənin Kuh-e-Mobarak bölgəsindən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra şəhərinin cənubuna qədər olan xətti, həmçinin İranın Qeşm adasından BƏƏ-nin Umm əl-Quveyn bölgəsinə qədər olan digər bir xətti əhatə edir.

Bu xəritənin təqdim edilməsi İranın strateji əhəmiyyətli Hörmüz boğazında hegemonluq iddialarını rəsmiləşdirməsi və qonşu ölkələrin suveren ərazilərinə yaxın suları öz nəzarət zonası elan etməsi kimi qiymətləndirilir./Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
icma.az

3Mənbələr