EN

ABŞ Yaxın Şərqə lazerlə silahlanmış iki esmines yerləşdirib

ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında, Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikanı əhatə edən iki Amerika esminesi lazer sistemləri ilə təchiz olunub.

“İki sahil” xəbər verir ki, bu barədə "War Zone" portalı məlumat yayıb.

Qeyd edilib ki, "USS Spruance" esminesi "Abraham Lincoln" təyyarədaşıyan zərbə qrupunun bir hissəsidir və "USS John Finn" esminesi Hind okeanında döyüş növbətçiliyi aparır.

Hər iki gəmi dronları yönləndirmək, eləcə də gəmilərdə, sualtı qayıqlarda, pilotlu təyyarələrdə və dronlarda kəşfiyyat sistemlərinin kameralarını və sensorlarını neytrallaşdırmaq üçün nəzərdə tutulmuş "ODIN" lazer sistemi ilə təchiz olunub.

Ümumilikdə, ABŞ Hərbi Dəniz Qüvvələri doqquz gəmidə yönəldilmiş enerji silahları yerləşdirib.

Chosen
22
2
ikisahil.az

9Sources