EN

"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır

Amerikanın "SpaceX" şirkəti səhmlərinin ilkin kütləvi təklifi (IPO) üçün sənədləri təqdim edib.

"Far.Az" xəbər verir ki, bunu ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumat bazasında dərc olunmuş qeydiyyat forması sübut edir.

Sənədə əsasən, "Space Exploration Technologies Corp" şirkəti "Nasdaq" birjasında "SPCX" ticarət nişanı altında siyahıya alınmağı planlaşdırır.

Bu, ABŞ tarixində ən böyük bazar debütü ola bilər.

Açıqlanan məlumatlara görə, "SpaceX"in ötən ilki gəliri 18,67 milyard dollar olub. Bu gəlirin əsas hissəsi "Starlink"dən gəlib. Şirkət gələcək inkişafı təkcə kosmik buraxılışlar və peyk rabitəsi ilə deyil, həm də kosmosda məlumat mərkəzlərinin yaradılması da daxil olmaqla süni intellekt sahəsindəki layihələrlə əlaqələndirir.

Chosen
99
far.az

1Sources