EN

Mareska “Mançester Siti” üçün hazırlıqlara başlayıb

Enzo Mareska “Mançester Siti”də baş məşqçi postuna hazırlıq görməyə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis Pep Qvardiolanı əvəz etməyə hazırlaşır və artıq klubun idman direktoru Uqo Vianya ilə birlikdə yeni mövsüm üçün transfer planı və hazırlıq proqramı üzərində işləyir.

Mareska “Çelsi”də keçirdiyi yeganə tam mövsümdə UEFA Konfrans Liqasını və 2025-ci il Klublararası Dünya Çempionatını qazanıb, həmçinin komandanı Çempionlar Liqasına çıxarıb.

O, daha əvvəl 2022/23 mövsümündə Qvardiolanın “Mançester Siti”dəki məşqçi heyətində də yer alıb.

Chosen
42
idmanxeber.az

1Sources