EN

6 illik fasilədən sonra qayıdış: Bakı–Tbilisi qatarının bərpası regionda nələri dəyişəcək?

Publika.az bu barədə Trend-də dərc olunnan məqaləni təqdim edir:

2020-ci ilin mart ayında COVID-19 pandemiyası və xüsusi karantin rejimi səbəbindən dayandırılan Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyətinin yenidən bərpa olunması Azərbaycan və Gürcüstan arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm mərhələ hesab olunur. Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommunikeyə əsasən, 26 may 2026-cı ildən etibarən marşrut yenidən sərnişinlərin istifadəsinə veriləcək.

Qatar xəttinin bərpası təkcə nəqliyyat məsələsi deyil. Bu qərar iqtisadi inteqrasiyadan turizmə, regional mobillikdən logistika əlaqələrinə qədər bir çox istiqamətdə strateji əhəmiyyət daşıyır.

Regionda nəqliyyat inteqrasiyasının güclənməsi

Bakı–Tbilisi dəmir yolu xətti uzun illərdir Cənubi Qafqazda ən vacib beynəlxalq nəqliyyat marşrutlarından biri hesab edilir. Hava nəqliyyatı ilə müqayisədə daha əlçatan və stabil alternativ olan qatar xətti region daxilində insanların hərəkətini asanlaşdırır.

Chosen
40
2
publika.az

10Sources