EN

BTC ilə 8,4 milyon tona yaxın neft nəql olunub

Bu ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsilə 8 milyon 389,5 min ton neft ötürülüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycanda magistral neft kəmərləri ilə həyata keçirilən ümumi nəqletmənin 77 faizi BTC kəmərinin payına düşüb.

Qeyd olunub ki, BTC ilə nəql edilən neftin 82,4 faizini və ya 6 milyon 914,3 min tonunu Azərbaycanda hasil olunan neft təşkil edib. Kəmərlə ötürülən neftin 17,6 faizi və ya 1 milyon 475,2 min tonu isə Türkmənistan və Qazaxıstandan daxil olub.

Mütəxəssislər bildirirlər ki, BTC kəməri regionun əsas enerji ixrac marşrutlarından biri kimi strateji əhəmiyyətini qorumaqda davam edir. Kəmər vasitəsilə həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının dünya bazarlarına çıxışı təmin olunur.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

 

1Sources