EN

Netanyahudan fəalların təhqir edilməsinə reaksiya

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail Baş naziri Benyamin Netanyahu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qviri Qəzzaya humanitar yardım apardığı üçün saxlanılan Sumud donanmasının fəallarının təhqir edilməsini əks etdirən görüntüləri yaydığı üçün tənqid edib.

Axar.az xəbər verir ki, Netanyahu İsrailin ərazi sularına daxil olan donanmanın saxlanılmasına haqq qazandırsa da, Ben-Qvirin yardım aparan fəallara münasibətinin İsrailin dəyərlərinə uyğun gəlmədiyini bildirib.

“Mən müvafiq orqanlara “təxribatçıları” mümkün qədər tez qovmaq tapşırığı vermişəm. Eyni zamanda bununla bağlı Qvirlə danışıqlar aparacağıq. Bu qəbuledilməz münasibətdir", - Netanyahu qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
axar.az

1Sources