EN

Avropa nəhəngindən "Real"ı qarışdıran həmlə

“Real Madrid”in ulduzu Kilian Mbappenin gələcəyi ilə bağlı İngiltərədən diqqətçəkən iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, “Çelsi” fransalı hücumçunu transfer etmək istəyir. İddialara görə, London klubunun sahibi Todd Bouli Mbappenin anası və agenti Fayza Lamari ilə əlaqə saxlayıb. Məlumata əsasən, “Çelsi”nin baş məşqçi postuna gətirdiyi Xabi Alonso da bu keçiddə maraqlıdır. Bildirilir ki, Mbappe “Real Madrid”də Xabi Alonsonun komandada qalmasını dəstəkləyən futbolçular arasında olub. Buna görə də, onunla digər futbolçular arasında fikir ayrılığı yaşanıb.

Qeyd edək ki, Kilian Mbappenin “Real Madrid”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Chosen
11
15
metbuat.az

10Sources