Moskvada isti hava dalğası 129 illik rekordu qırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın paytaxtı Moskvada havanın temperaturu müsbət 30 dərəcəyə çatıb. Bu da mayın 20-si üçün 129 il əvvəl müəyyən olunmuş rekordu yeniləyib.
Sinoptiklər həftə sonu havanın temperaturunun 5-6 dərəcə aşağı enəcəyini, güclü yağış və dolu düşəcəyini proqnozlaşdırır.
Bizim.Media