EN

WUF13-də növbəti panel sessiya keçirilib

Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq panel sessiya keçirilir.

Hafta.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə təşkil olunan tədbirdə dövlət və hökumət nümayəndələri ilə yanaşı, ekspertlər, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, bu sahə üzrə dünyanın aparıcı universitet və şirkətlərindən ixtisaslaşmış mütəxəssislər iştirak edirlər.

Tədbir WUF13-ün gündəliyinə tematik baxımdan əhəmiyyətli töhfə verərək, müasir şəhərsalma çağırışlarının multidissiplinar müzakirəsi üçün əlverişli şərait yaradır.

Chosen
14
hafta.az

1Sources