EN

Əraqçi Nyu Yorka dəvət olunub

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran xarici işlər naziri Abbas Əraqçi Nyu-Yorka dəvət olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Bəqai Çinin BMT Təhlükəsizlik Şurasına dövri sədrliyi çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə dair xarici işlər nazirlərinin xüsusi iclasının keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi də sözügedən iclasa dəvət olunub.

Bəqai bildirib ki, BMT Təhlükəsizlik Şurasının açıq iclasının mayın 26-da keçirilməsi nəzərdə tutulur. Əraqçinin iclasda iştirakının sıx iş qrafiki səbəbindən hələlik dəqiqləşmədiyi qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
3
apa.az

8Sources