EN

Anaklaudia Rossbax: Mənzil məsələsi artıq milli inkişaf strategiyasının əsas hissəsinə çevrilir

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bir çox ölkələrdə mənzil məsələsi artıq milli inkişaf strategiyasının əsas hissəsinə çevrilir.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş Biznes Dəyirmi Masasında bildirib.

Onun sözlərinə görə, hökumətlər mənzil sektorunu sosial məsələ deyil, investisiya istiqaməti kimi qəbul etməyə başlayır: "Bir çox nazirlərlə danışdım və gördüm ki, mənzil məsələsi artıq milli inkişaf gündəliyinin əsas hissəsinə çevrilir. Şəhər planlaşdırılması olmadan həyata keçirilən layihələr uzunmüddətli nəticə verməyəcək. Əgər şəhərlər düzgün planlaşdırılmasa, investisiyalar və layihələr dayanıqlı olmayan mühitə düşəcək və uğursuz olacaq".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
1
cebheinfo.az

2Sources