EN

Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ

Bakı-Tbilisi-Bakı dəmiryol marşrutu üzrə birtərəfli biletin qiyməti 81 manat olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
 
Məlumata görə, marşrut üzrə səyahət tarifləri aşağıdakı kimidir:
 
Bakı - Tbilisi - 81 AZN-dən
 
Yevlax - Tbilisi - 67 AZN-dən
 
Gəncə - Tbilisi - 62 AZN-dən
 
Ağstafa - Tbilisi - 57 AZN-dən
 
Böyük Kəsik - Qardabani - 51 AZN-dən başlayır.
 
Qeyd olunub ki, sərnişinlər Bakıdan Tbilisiyə daha rahat, təhlükəsiz və komfortlu şəkildə səyahət edə biləcəklər.
 
Xatırladaq ki, bu istiqamətdə səfərlər mayın 26-dan başlayacaq.
Chosen
8
1
moderator.az

2Sources