Bu barədə Ajans.az-a Azərbaycan Dəmir Yollarından məlumat verilib. Bildirlib ki, 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir. Marşrut üzrə səyahət tarifləri: • Bakı–Tbilisi: 81 AZN-dən • Yevlax–Tbilisi: 67 AZN-dən • Gəncə–Tbilisi: 62 AZN-dən • Ağstafa–Tbilisi: 57 AZN-dən • Böyük Kəsik–Qardabani: 51 AZN-dən başlayır.