Rusiya Prezidenti Vladimir Putinə hələ 2000-ci ildə Pekinə səfəri çərçivəsində 12 yaşlı bir uşaq olarkən şəkil çəkdirdiyi Çin sakini Pen Pay tərəfindən xatirə çini qablar dəsti hədiyyə edilib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya liderinə təqdim olunan qab dəsti zərif pastel çalarlarında hazırlanıb. Sədəf parıltılı əşyalar narıncı ipəklə üzlənmiş taxta qutunun üzərinə düzülüb.
Asiya ornamentləri və çiçəklənən ağac budaqları ilə incə şəkildə naxışlanmış dəst dörd fincan, bir çaydan və bir naxışlı qabdan ibarətdir. Hədiyyəyə rus dilində arzuların yazıldığı qalın kartondan hazırlanmış açıqca da müşayiət edib: "Qoy Rusiya-Çin dostluğu çiçəklənsin! 20 may 2026-cı il".
QAZİLER.AZ