EN

Rossbax: Gələcəyin şəhərlərini yaşlanan əhaliyə uyğun şəkildə hazırlamalıyıq

Biz gələcəyin şəhərlərini yaşlanan əhaliyə uyğun şəkildə hazırlamalıyıq.

Aznews.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Həyat boyu mənzil təminatı – bütün yaşlı insanlar üçün adekvat mənzil" mövzusunda yaşlı insanların hüquqları üzrə dəyirmi masada çıxışinda deyib.

"Yaponiyada, eləcə də Avropanın bir çox şəhərlərində – İspaniya, İtaliya və digər ölkələrdə – bəzi kiçik şəhərlər boşalır, gənclər orada yaşamaq istəmir. Nəticədə yaşlı insanlar təcrid olunur, boş evlər və istifadə olunmayan yaşayış sahələri yaranır. Bir tərəfdə mənzil çatışmazlığı, digər tərəfdə isə boş evlər mövcuddur", - o qeyd edib.

Mənzillərin, icmaların və ictimai məkanların necə dizayn edilməsinin vacib olduğunu bildirən Rossbax insanların ehtiyaclarının nəzərə alınmasının vacib olduğunu qeyd edib:

Chosen
17
2
aznews.az

3Sources