EN

Polşada Rusiyaya casusluq etməkdə şübhəli bilinən 3 nəfərsaxlanıldı

Polşada kəşfiyyat fəaliyyəti ilə bağlı üç nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kəşfiyyat Koordinasiya Naziri Tomaş Siemoniak məlumat yayıb.

Nazirin sözlərinə görə, saxlanılan şəxslər 48–62 yaş aralığında olan Polşa vətəndaşlarıdır.

Onlar kəşfiyyat fəaliyyəti aparmaqda, o cümlədən NATO qoşunlarının Polşada yerləşdirilməsi ilə bağlı məlumatları yaymaqda, eləcə də təbliğat və dezinformasiya materialları hazırlayıb yaymaqda ittiham olunurlar.

Məlumata əsasən, məhkəmə hər üç şübhəli barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.

Aminə ŞAHSUVARQIZI

Chosen
22
1
redaktor.az

2Sources