Aktual.az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
Məlumata görə, ikitərəfli sənədlərin imzalanma mərasimi Putin və Si Sinpin arasında Pekində aparılan danışıqlardan sonra baş tutub:
"Görüşdən sonra liderlər Rusiya-Çin münasibətlərinin daha da gücləndirilməsi və dərinləşdirilməsi barədə birgə bəyanat qəbul ediblər. Bununla yanaşı, Putin və Si Szinpin daha bir konseptual sənəd - çoxqütblü dünyanın və yeni tipli beynəlxalq münasibətlərin inkişafı haqqında birgə bəyannamə imzalayıblar”.