EN

İctimai iaşə dövriyyəsi 6% ə yaxın artıb

ain.az, Apa.az saytına istinadən bildirir.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 864,9 milyon manat təşkil edib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,8% artıb.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,1 faizi hüquqi şəxslərin, 49,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 430,6 milyon manat olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
5
apa.az

8Sources