EN

“Rabitəbank” ASC açıq tender elan edir

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rabitəbank” ASC açıq tender elan edir.

Tenderin adı: “12 ədəd Diebold Nixdorf Cash Recycler ATM-larında QR kod vasitəsilə nağd pul çıxarılması xidmətinin tətbiqi”

Tenderin elan tarixi: 20.05.2026

Tenderin son tarixi:   29.05.2026, saat 17:00.Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

– İştirakçı şirkətin bu sahədə ən azi 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)

– İşin icra müddəti qeyd edilməsi mütləqdir

– Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsiTenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

– Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli

– Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

– Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

– Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

– Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

– Şirkətin son 1 ildəki vergi borcunun  olmaması haqqında rəsmi arayış (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)Texniki tapşırıqla tanış olmaq üçün linkə keçid edə bilərsiniz: https://rbt.az/tender-qrTəkliflərin qəbul edilməsi:

– Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək Bakı şəh., AZ 1014, Füzuliküç. 71 ünvanına göndərilməlidir.

– Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
10
yeniavaz.com

10Sources