Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 20 may, AZƏRTAC
Mənzil ləyaqət, imkan, təhlükəsizlik və həyat keyfiyyətilə bağlıdır. Bu, şəhərlərimizin indiki və gələcək nəsillər üçün inklüziv, dayanıqlı və davamlı qalmasını təmin etməkdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən SPECA Forumunda (SPECA - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) çıxışı zamanı WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Ölkəmizin əlverişli coğrafi mövqeyindən bəhs edən Anar Quliyev bildirib ki, Şərqlə Qərbi birləşdirən böyük nəqliyyat dəhlizləri məhz Azərbaycandan keçir.
“Bu gün yaşayış və şəhər inkişafının gələcəyi ilə bağlı bu mühüm dialoqa ev sahibliyi etmək paytaxtımız üçün şərəfdir. Forum mənzil, mənzil inkişafı, təhlükəsiz və möhkəm şəhərlər və icmalar mövzusu ilə bağlı keçirilir ki, bu da bizə əlbəttə, mənzilin təkcə binalar və infrastrukturdan ibarət olmadığını xatırladır”, - deyə WUF13-ün milli koordinatoru əlavə edib.
Fotoqraf – Aydın Məmmədov
Operator – Ceyhun Mustafayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.