ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 20 may, AZƏRTAC
Biz çalışmalıyıq ki, hamını yaşayış yerləri ilə təmin edək.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı nigeriyalı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı Oluseye Fadina deyib.
“Mən şəhər planlaması ilə məlşğulam və Nigeriyanın Laos şəhərindən gəlmişəm. Bu, mənim WUF tədbirində ilk iştirakımdır. Burada çox mühüm danışıqlar aparılır. Xüsüsilə tədbirin mövzusunu - “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” - qeyd etmək istərdim. Biz çalışmalıyıq ki, təkcə varlıları yox hamını yaşayış yerləri ilə təmin edək. Belə ki, Nigeriya şəhərsalma və mənzil təminatı baxımından çox əziyyət çəkir. Bunların içərisində birinci problem yağış mövsümü zamanı baş verən daşqınlar, ikinci problem isə bizim dövlət siyasətimizdir ki, siyasətçilərimiz, dövlət rəsmilərimiz dayanıqlı və əlverişli mənzil siyasəti yaratmaq üçün kifayət gədər səy göstərmirlər”, - deyə Oluseye Fadina qeyd edib.
Fotoqraf - Əyyub Ələsgərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.