ain.az, Redaktor.az portalına istinadən məlumat verir.
Braziliyada dəfn evinin işçiləri həkim tərəfindən ölü elan edilən yaşlı kişinin həyatını xilas ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Məlumata görə, 88 yaşlı Alves xəstəxanaya aparılıb və həkim onun tənəffüs çatışmazlığından öldüyünü bildirib. Bundan sonra ailəsinə xəbər verilib və meyit dəfn evinə aparılıb.
Lakin dəfn evində işçilər kişinin hələ də həyat əlamətləri göstərdiyini – nəfəs aldığını və hərəkət etdiyini müşahidə ediblər. Onlar dərhal ilk tibbi yardım göstərib və təcili yardım çağırıblar. Alves təcili olaraq yenidən xəstəxanaya aparılıb və müalicəyə götürülüb.
Ailə üzvlərinin bildirdiyinə görə, ilkin mərhələdə ölüm xəbərinin verilməsindən sonra vəziyyət dəyişib və işçilərin diqqəti sayəsində onun həyatı xilas edilib.
Hadisə ilə bağlı ailə polisə müraciət edib və həkimə qarşı tibbi səhlənkarlıqla bağlı araşdırma başladılıb.
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.