EN

UEFA-dan ömürlük cəza - Qadın futbolçuları gizli çəkirmiş

style='margin-bottom:10px;'>

UEFA çexiyalı məşqçi Petr Vlaxovskiyə ömürlük qadağa tətbiq edib.

QOL.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Bildirilir ki, qurum mütəxəssisi istənilən futbol fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edib.

Vlaxovski əvvəllər qadınlardan ibarət “Slovatsko” komandasını çalışdırıb. O, futbolçular duşda olarkən onları gizli şəkildə lentə almaqda ittiham olunurdu. Məşqçi 2023-cü ildə saxlanılmışdı.

Məlumata görə, 2025-ci ilin mayında məhkəmə onu təqsirli bilərək 1 il şərti həbs cəzasına məhkum edib və Çexiyada 5 il müddətinə futboldan uzaqlaşdırıb.

İndi isə UEFA da ona qarşı sanksiya tətbiq edib. Qurumun məsələ ilə bağlı FIFA-ya dünya miqyasında qadağa tətbiqi üçün çağırış etdiyi bildirilir.

Chosen
26
1
teleqraf.com

2Sources