EN

Ukrayna Rusiyaya bu ölkənin ərazisindən hücum edəcək

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Latviya ərazisindən Rusiyaya qarşı zərbələr endirməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR ) bildirib.

Qeyd olunur ki, Latviya tərəfinin Moskvanın cavab zərbəsinin qurbanı olmaq qorxusuna baxmayaraq, Kiyev Riqanı əməliyyata razılıq verməyə inandırıb.

Ukrayna Xüsusi Təyinatlı Qüvvələrinin məlumatına görə, Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin şəxsi heyəti artıq Latviyaya yerləşdirilib. Onlar bir neçə hərbi bazada yerləşdiriliblər. Rusiya kəşfiyyatı əlavə edib ki, "ölkənin NATO üzvlüyü Latviyanı ədalətli cəzadan qorumayacaq".

Dövlət Dumasının deputatı Andrey Kartapolov qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyaya Latviya ərazisindən hücum edərsə, NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsi ona şamil edilməyəcək. O, belə bir halda respublikanın təcavüzkar dövlətə çevriləcəyini və buna görə də Moskvanın ona qarşı cavab zərbəsi endirməsinin haqlı olacağını iddia edib.

Chosen
8
14
publika.az

10Sources