Şəhərlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsas “dayaq nöqtəsidir” və bu çağırışları heç bir ölkə və ya qurum təkbaşına həll edə bilməz.
Hafta.az xəbər verir ki, bu barədə açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan Ofisinin proqram meneceri Runze Vang deyib.
UN-Habitat nümayəndəsi bildirib ki, 2001-ci ildən etibarən keçirilən Dünya Şəhərsalma Forumu (WUF) urbanizasiya ilə bağlı qlobal problemlərin birgə müzakirəsi üçün mühüm platformaya çevrilib:
“Texnologiyanın inkişafı və həyat tərzinin dəyişməsi ilə dünya daha mürəkkəb hala gəlir. WUF-un əsas funksiyası bütün urban tərəfdaşları bir araya gətirmək, birgə ideyalar formalaşdırmaq və şəhərlərin qarşılaşdığı kompleks problemlərə birlikdə həll yolları tapmaqdır”.
Runze Vang vurğulayıb ki, forum dövlət qurumlarını, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyətini bir platformada birləşdirərək dayanıqlı şəhər inkişafına töhfə verir.