EN

Cənubi Koreyanın texnologiya nəhəngində gərginlik: 47 min işçi tətil elan etdi

ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif:Mehin Qasımova,Banco.az

"Samsung Electronics" şirkətində həmkarlar ittifaqı ilə şirkət arasında əmək haqqı danışıqlarının uğursuzluğu 47 mindən çox işçinin iştirak etdiyi genişmiqyaslı tətilə səbəb olub.

Banco.az xəbər verir ki, tətilin 21 may cümə axşamı günü başlaması planlaşdırılır.

Qərardan  sonra şirkətin səhmləri 3 faiz ucuzlaşıb.

Həmkarlar ittifaqı Cənubi Koreya Milli Əmək Münasibətləri Komissiyasının vasitəçilik təklifini qəbul etdiyini, lakin "Samsung Electronics" şirkətinin təklifi rədd etdiyini açıqlayıb. 

Həmkarlar ittifaqının sözçüsü Çoy Sonq-ho şirkətin danışıqlar üçün əlavə vaxt istədiyini, lakin hələlik qəti qərarı açıqlamadığını bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
banco.az

2Sources