Bakı, 20 may, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar aparacağı Pekindəki Xalq Yığıncaqları Zalına gəlib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bundan əvvəl Rusiya nümayəndə heyəti üçün Tiananmen meydanında rəsmi qarşılanma mərasimi təşkil olunub.
Hazırda tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, Vladimir Putin mayın 19-da Çinə ikigünlük rəsmi səfərə gəlib.