EN

Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb

Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez ABŞ prezidenti Donald Trampı ölkəsinə qarşı iqtisadi sanksiyaları ləğv etməyə çağırıb.

APA xəbər verir ki, Rodrigez bu çağırışı Venesuela televiziyasının efirində edib.

"Venesuelaya qarşı tətbiq olunan sanksiyalar kifayət qədərdir. Prezident Tramp, Venesuela sənayemiz üzərində həddindən artıq nəzarəti həyata keçirən və onların tam inkişafına maneə yaradan sanksiyalardan azad olana qədər rahatlıq tapmayacağıq", - o deyib.

Chosen
104
1
apa.az

2Sources