EN

Rusiyaya qarşı sanksiyalar yumşaldıldı

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları yumşaldıb. Belə ki, rəsmi London üçüncü ölkələrdə Rusiya neftindən istehsal olunan neft məhsullarının idxalına müddətsiz icazə verib.

Modern.az xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniya Rusiya mənşəli neftdən istehsal olunan dizel yanacağı və aviasiya kerosininin idxalını təsdiqləyib.

Lisenziya 2026-cı il mayın 20-dən qüvvəyə minəcək və daxili işlər naziri tərəfindən vaxtaşırı yenidən nəzərdən keçiriləcək. Bildirilib ki, istənilən vaxt icazənin şərtləri dəyişdirilə, dayandırıla və ya ləğv edilə bilər.

Qeyd edək ki, oxşar qərar aprelin 18-də ABŞ tərəfindən də qəbul olunub. ABŞ Maliyyə Nazirliyi Rusiya nefti və ondan emal olunan məhsulların satışı, daşınması və boşaldılması ilə bağlı lisenziyanın bərpa edildiyini açıqlayıb.

Bildirilmişdi ki, ABŞ tərəfi aprelin 17-dək tankerlərə yüklənmiş Rusiya mənşəli xammalla bağlı əməliyyatlara icazə verir. Həmin sənəd mayın 16-dək qüvvədə olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
101
modern.az

1Sources