ABŞ və İran arasında danışıqlar prosesində yeni mərhələnin başlandığı bildirilir.
Musavat.com xəbər verir ki, ABŞ administrasiyası İranla aparılan danışıqlar dövründə Tehrana qarşı tətbiq olunan neft embarqosunun fəaliyyətini müvəqqəti dayandırır.
Məlumata görə, bu barədə İran dövlət radiosu açıqlama yayıb. Bildirilir ki, Vaşinqton indiyədək Tehran tərəfindən irəli sürülən təkliflərə baxmayaraq, neft sektorunda sanksiyaların yumşaldılmasına razılıq vermirdi.
Hazırkı addım isə ABŞ və İran arasında danışıqlar prosesinin bərpası üçün yeni zəmin kimi qiymətləndirilir. Belə ki, İran tərəfi uzun müddətdir neft məhdudiyyətlərinin aradan qaldırılmasını tammiqyaslı danışıqlar üçün əsas şərt kimi irəli sürürdü.
Musavat.com