AZ

"Tasnim" agentliyindən gizli sənəd sızıntısı-Vaşinqton Tehrana neft güzəşti etdi

Dünya birjasında neft qiymətlərinə və qlobal geosiyasətə birbaşa təsir göstərəcək inanılmaz bir diplomatik gediş qeydə alınıb.

Musavat.com xəbər verir ki, İranın rəsmi "Tasnim" xəbər agentliyi Tehranın danışıqlar qrupuna yaxın olan gizli mənbələrə istinadən ABŞ-ın İrana qarşı tətbiq etdiyi ağır neft sanksiyalarını müvəqqəti olaraq dondurmağa hazır olduğunu yayıb. Sızıntı məlumatlara görə, tərəflər arasında hazırlanan yeni saziş layihəsində Vaşinqton danışıqlar getdiyi müddət ərzində İran neftinin ixracı və satışına qoyulan qadağaları müvəqqəti dayandırmağa razılıq verib.

Söhbət ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC waiver) xüsusi mexanizmindən gedir ki, bu da son saziş əldə olunana qədər İran nefti ilə məhdud əməliyyatların aparılmasına rəsmən icazə verir. Lakin pərdəarxası danışıqlarda gərginlik hələ də qalmaqdadır; Belə ki, Ağ Ev yalnız müvəqqəti yumşalma təklif etdiyi halda, rəsmi Tehran bütün iqtisadi sanksiyaların tam və tamamilə şərtsiz ləğv edilməsini tələb edir. Hərbi və iqtisadi ekspertlər ABŞ-ın bu gözlənilməz güzəştini Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda böyük müharibənin qarşısını almaq üçün atılan son taktiki addım kimi qiymətləndirirlər. 

Musavat.com

Seçilən
11
5
musavat.com

6Mənbələr