EN

Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün Azərbaycan əlindən gələni edir -WUF13-ün milli koordinatoru

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) qürurla ev sahibliyi edir. Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün xüsusilə Azərbaycan əlindən gələni edir.

Redaktor.az xəbər verir ki, bunu WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda işə başlayan Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqunda deyib.

“Biz bu gün bir çox şəhərsalma problemlərdən danışacağıq. Hazırda dünyada insanların mənzil əlçatanlığına nail olmağına diqqəti artıb. BMT hər kəsi dayanıqlı şəhərlər qurmaq məqsədilə bir araya gətirir. Bir çox dövlət liderləri tərəfindən strateji əhəmiyyət daşıyan həll yolları üçün bu dialoqlar ciddi əhəmiyyət daşıyır”, - deyə Anar Quliyev əlavə edib.

 

Chosen
7
3
redaktor.az

3Sources