EN

Müdafiə Qüvvələri Rusiyanın ən iri neft emalı müəssisələrindən birini vurub Baş Qərargah

ain.az bildirir, Bizimyol portalına istinadən.

Mayın 18-də Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Lukoyl-Nijegorodnefteorqsintez” neft emalı zavoduna zərbə endirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, müəssisənin ərazisində yanğın qeydə alınıb. Dəymiş ziyanın miqyası hazırda dəqiqləşdirilir.

Bildirilir ki, “Lukoyl-Nijegorodnefteorqsintez” Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Zavodun illik emal gücü təxminən 17 milyon ton neft təşkil edir. Burada istehsal olunan benzin, dizel və aviasiya yanacağı Rusiya işğalçı qüvvələrinin təminatında istifadə olunur.

Baş Qərargahın açıqlamasında həmçinin qeyd olunub ki, mayın 19-da Rusiyanın Yaroslavl vilayətinin Semibratovo yaşayış məntəqəsi yaxınlığında yerləşən “Yaroslavl-3” neft ötürmə stansiyası da vurulub. Burada da dəymiş ziyanın həcmi dəqiqləşdirilir.

Baş Qərargah əlavə edib ki, mayın 18-də Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kursk vilayətinin Tetkino bölgəsində düşmənin komanda-müşahidə məntəqəsinə, həmçinin Xerson vilayətinin Aleksandrovka və Sumı vilayətinin Belovodı bölgələrində yerləşən pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə də zərbələr endirib.

Bundan başqa, Donetsk vilayətinin işğal altında olan ərazilərində düşmənə məxsus iki ponton-körpü keçidi məhv edilib.

“Ukrayna hərbçiləri Dnepropetrovsk vilayətinin Siçneve və Donetsk vilayətinin Rodinske bölgələrində düşmənin canlı qüvvəsinin cəmləşdiyi ərazilərə də zərbələr endiriblər”, — deyə məlumatda bildirilir.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
icma.az

1Sources