EN

“Yuventus” “Real”ın futbolçusunu transfer edir

“Yuventus” “Real”ın yarımmüdafiəçisi Brahim Diası transfer etmək istəyir.

İdmanxeber.az “Tuttosport”a istinadən xəbər verir ki, Turin klubu mərakeşli futbolçunu yay transfer dönəminin əsas hədəflərindən biri hesab edir.
Maliyyə çətinlikləri səbəbindən Bernardo Silva transferindən uzaqlaşan “Yuventus” alternativ variant kimi Diasa yönəlib.

26 yaşlı futbolçunun “Real”la müqaviləsi 2027-ci ilə qədərdir. Onun gələcəyi isə komandanın mümkün yeni baş məşqçisi Joze Mourinyonun qərarından asılı ola bilər.

Chosen
26
idmanxeber.az

1Sources