EN

Voleybol millisinin baş məşqçisi: Yaxın illərdə yaxşı nəticələr qazanacağımıza ümid edirəm

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 19 may, AZƏRTAC

Milli komandada abu-hava çox yaxşıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Boris Qrebennikov Avropa Liqasına hazırlıq barədə jurnalistlərə açıqlamasında deyib.

O, yığmanın mayın 4-dən hazırlıqlara başladığını xatırladıb: "Fiziki hazırlıq üzərində çalışırıq. Milliyə 17 voleybolçu dəvət olunub. Onlardan 4-ü gənc oyunçulardır. Bakıda keçirilən məşqlərdən sonra hazırlığımızı Belarusda davam etdirəcəyik. Orada da təlim-məşq toplanışımız olacaq. Daha sonra isə İsveçdə məşqlərə başlayacağıq.

Mütəxəssis milli komandanın yaxın illərdə yaxşı nəticələr qazanacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi Avropa Liqasına iyunun 6-da İsveçdə start verəcək. Komanda ilk mərhələdə Yunanıstan və ev sahibi komanda ilə qarşılaşacaq. Növbəti mərhələdə Rumıniya və İspaniya ilə oyunlar keçiriləcək. Azərbaycanda təşkil olunacaq mərhələdə isə millimiz Macarıstan və Portuqaliya ilə münasibətlərə aydınlıq gətirəcək.

Müxbir - Cavid Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
azertag.az

2Sources