Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor Türkan Hüseynin “Xatırladığını eşit” adlı bədii film layihəsi nüfuzlu “Torino Film Lab – Next Feature” beynəlxalq proqramına seçilib.
AKİ-dən AZƏRTAC-a bildirilib ki, detektiv və dram janrında olan filmin baş qəhrəmanı Lalə, qətllə yekunlaşan davanın təsadüfi və yeganə şahidinə çevrilir və bu hadisə ölüm-dirim mübarizəsinə çevrilir.
İlk sessiyası onlayn formatda mayın 4-8-də keçirilən beynəlxalq proqramın növbəti sessiyası iyunun 1-5-də baş tutacaq.
Qeyd edək ki, AKİ sözügedən layihənin və Türkan Hüseynin “Torino Film Lab – Next Feature” beynəlxalq proqramda iştirakına dəstək göstərib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.